- CİMEX MMC 2006-ci ildən bu fəaliyyətlə məşğuldur və indiyə qədər minlərlə müəssisələrə attestasiya məqsədi ilə ölçmə, instrumental tədqiq və qiymətləndirilmə xidmətini göstərmişdir. Tərəfimizdən attestasiya Azərsun, Halliburton Eurasia,UDT Texnika, Food city Agropark,Pasha Holding, Gazprom Azərbaycan, Paşa Sığorta, Qala Sığorta,PMD Group, Paprec Energy, McKenzie, Silk Way Aviation, Ernst&Young, PWC, KPMG, Bakı Metropoliteni, Səhiyyə Nazirliyi, STP zavodları, AzerGold,Müd.Sən.Nazirliyi və s., Azerbaijan Supermarket MMC, AZAL, ANAMA, BOS SHELF MMC, Silkway, ASCO və o cümlədən 2025-ci ildə Regional Su Melliorasiya Xidməti, Azərbaycan Dəmir Yolları, Paşa Bank, BakuBus və digər qurumlar və şirkətlər üçün aparılmışdır.
- Cihazlar və avadanlıq barədə xüsusən onu vurğulayım ki, bizim məsələn şüalanmanı ölçən cihaz ABŞ-da istehsalçının özü tərəfindən kalibrlənir.
- Attestasiya AR Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin 38/2000 qərarına tam uyğun aparılır (qərar əlavə olunur).
- Attestasiyanın məqsədi iş yerlərindəki əmək şəraitinin təkmilləşdirilməsi olduğuna görə ölçmələr zamanı düzəldilə bilən uyğunsuzluqlar müəyyən edildikdə bizim əməkdaşlar dərhal buna dair tövsiyyələrini verirlər. Məsələn, işiqlanmada problemlər olduqda müəssisəyə vaxt verilir ki, düzəliş icra olunsun, sonra yekun ölçmə aparılır və son göstərici attestasiya sənədlərinə daxil olunur.
- Personala maraqlı olan əksər ölçmələr (məsələn komputerlərin elektromaqnit sahəsi) sifarişçinin xahişi ilə yerində izah oluna bilər.
- Attestasiya sənədləri Azərbaycan və İngilis dillərində təqdim olunur. Bu hal imkan verir ki, bizim qanunvericiliyinin tələblərini ödəməklə yanaşı attestasiyanın nəticələri eyni zamanda xarici tərəfdaşlar tərəfindən də tanınır, müqavilələr bağlananda, malın keyfiyyətlə hazırlanmasının qiymətləndirilməsi prossesində, HSE raportu kimi, İSO standartlarına görə əməyin mühafizəsinin qiymətləndirilməsi prossesində.
- Attestasiya zamanı əmək münasibətləri ilə bağlı digər qanunlar üzrə xidmətlər göstərilir, o çümlədən
-“Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK 2004-cü il 5 iyul tarixli 92 saylı qərarı.
-“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK 2003-cü il 12 avqust tarixli 106 saylı qərarı.
-Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərə pulsuz süd və digər keyfiyyətli yeyinti məhsulları verilməsi(siyahı)haqqında AR NK 14 dekabr 2017-ci il NK № 550 qərarı
-İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi barədə AR NK 13 dekabr 2012-ci il tarixli 46 nömrəli qərarı
-Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin müəyyən edilməsi barədə AR NK 23 yanvar 2007-ci il NK № 12 qərar
-Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən işlərin müəyyən edilməsi barədə AR NK 2023-cü il 31 may tarixli 172 nömrəli qərar
-Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan işlərin müəyyən edilməsi barədə AR NK 2000-ci il 24 mart tarixli, 58 nömrəli qərarı
– İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi, işçilərin FMV ilə təmin olunması və ümumən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair metodik vəsaitlərlə təmin olunması.
